Əfqanın mənəvi lideriyəmsə... - Arif Hacılı yazdı

Əfqanın mənəvi lideriyəmsə... - Arif Hacılı yazdı

04-06-2017 01:04 / Bu xəbər 1978 dəfə oxundu

Arif Hacılıdan onu Əfqan Muxtarlının mənəvi lideri hesab edənlərə cavab

Əfqanın mənəvi lideri olmaq bugünkü konyukturaya görə kimlərəsə pis bir şey kimi görünə də bilər.

…O zaman 18 yaşları bitmədiyi üçün Mustafa, Əfqan və başqa gənclərin Xalq Cəbhəsinə qəbul olunması mümkün deyildi, nizamnamə yol vermirdi.

AXC Zaqatala təşkilatının gənclər qurumunu yaratdılar. Belə qurum da nizamnamədə nəzərdə tutulmurdu, amma dəstək verdim, vətənpərvər yeniyetmələri təşkilatlandırdılar.

Sonra Qarabağa getdilər. Ramiz Qəmbərovun batalyonuna qoşuldular. Şuşanın müdafiəsi uğrumda döyüşlərdə Mustafa ölümcül yaralı hospitalda olarkən Əfqan hələ Laçının müdafiəsində idi.

Orada görüşdük.

”Hədəfdəsiz bəy, buraya niyə gəlmisiniz? Bura təxribatçılarla doludur, sizi güllələyəcəklər”, - deyib məni qoruyurdu, amma həmin gün özü ağır yaralandı…

Sonrakı illərdə də daim ədalət naminə Azərbaycan üçün vuruşub, bu gün də vuruşur.

Azərbaycanın azadlığı, firavanlığı üçün müqəddəs bir yolun yolçusudur.

Əfqanın mənəvi lideriyəmsə çox mutluyam.
 
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb.