Əhməd Davudoğlu AKP-dən istefa verib

Əhməd Davudoğlu AKP-dən istefa verib

13-09-2019 16:39 / Bu xəbər 788 dəfə oxundu

Əhməd Davudoğlu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) üzvlüyündən istefa verib.

Türkiyənin "Sözçü" qəzetinin verdiyi xəbərə görə, bununla bağlı sabiq Baş nazir bəyanat yayıb.

Ə. Davudoğlu ilə bərabər, bir neçə sabiq millət vəkili - Səlcuq Özdağ, Ayxan Səfər Üstün və Abdullah Başçı, habelə AKP-nın İstanul təşkilatının sabiq sədri Səlim Temurci də partiya üzvlüyündən istefa veriblər.

Bir müddət əvvəl sabiq Xarici İşlər naziri Əli Babacan da AKP-dən istefa verib.