Ekologiya Nazirliyi rəqəmi açıqladı: 864910 AZN

Ekologiya Nazirliyi rəqəmi açıqladı: 864910 AZN

11-01-2017 00:26 / Bu xəbər 3070 dəfə oxundu

Ekologiya Nazirliyi 2016-cı ildə ətraf mühitə zərər vuranların sayını açıqlayıb. 

Nazirliyə ünvanlanan sorğuya verilən cavabda bildirilir ki, 2016-cı ildə ölkə ərazisində 757 qərar üzrə fiziki, vəzifəli və hüquqi şəxslər ətraf mühitə zərər vurduqlarına görə 864910 manat məbləğində cərimələniblər. 

Onlardan 566 nəfər cərimənin 27.6 % faizini, yəni 238430 manat təşkil edən hissəsini ödəyib. 

Ödənilməyən cərimə məbləğləri isə hazırda İcra Şöbələrinin və məhkəmə orqanlarının icraatındadır. 

Nazirliyin məlumatına görə, cərimə məbləğlərinin ödənilməsi ilə əlaqədar zəruri tədbirlər görülür.  

Lalə İsgəndərli
Toplum.Tv