Eks nazir 300 minlik qalmaqaldan danışdı: “Sponsorluq etmişik”

Eks nazir 300 minlik qalmaqaldan danışdı: “Sponsorluq etmişik”

21-11-2016 16:08 / Bu xəbər 777 dəfə oxundu

Sabiq Rabitə və yüksək texnlologiyalar naziri Əli Abbasov aylıq şəxsi xərclərinə 200-300 min manat xərcləməsi ilə bağlı yayılan informasiyaya münasibə bildirib.

Arqument.Az xəbər verir ki, unikal.org-a açıqlama verən Əli Abbasov deyib ki, ümumiyyətlə, belə bir ifadə verməyib.

Onun sözlərinə görə, hazırda həbsdə olan nazirliyin vəzifəli şəxslərin ilkin istintaq zaması verdikləri ifadələrə əsasən belə məlumatlar yayılır: "Bunların heç birinin əsası yoxdur. Mənim elə bir ifadəm olmayıb. Qeyd olunan xərclərə gəldikdə isə deyə bilərəm ki, nazirlik mütəmadi olaraq, ölkəmizdə informasiya texnologiyalarının inkişafı məqsədiylə bir sıra tədbirlər həyata keçirib. Bu məqsədlə gənc mühəndis və mütəxəsislərin hazırlanması, onların daxildə, xaricdə universitetlərdə və kurslarda təhsil və hazırlıq proqramlarının keçirilməsi, müxtəlif seminar konfransların təşkili üçün sponsorluq fəaliyyəti həyata keçirib. Qeyd olunan vəsaitlər də bu istiqamətə xərclənib. Həmçinin, mənim tövsiyələrimə görə, kiçik provayderlərin, İT mərkəzlərinin, Start-UP şirkətlərinin texniki təminatının güclənirilməsinə yönəldilib. Ancaq bu vəsəaitlər necə xərclənib, o barədə dəqiq bir söz deyə bilmərəm".

Arqument.Az