Eldar Əzizov Rafail Mehrəliyevi işdən qovdu

Eldar Əzizov Rafail Mehrəliyevi işdən qovdu

15-05-2019 22:07 / Bu xəbər 1254 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyətinin başçısı Eldar Əzizov paytaxtın Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədri Rəfail Mehrəliyevin səlahiyətlərini əlindən alıb.
 
Bu barədə Unikal.org  xəbər yayıb.

Məlumatda deyilir ki, E.Əzizov Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin sədrinin səlahiyətlərini meriyanın tikinti məsələləri şöbəsinin müdiri Rəşid Ağayevə həvalə edib. 

E.Əzizovun bu qərarı verməsinə səbəb, departamentin özündə və tabeçiliyində olan qurumlarda rüşvət və korrupsiya faktları aşkarlanması, paytaxtın bəzi dövlət obyektlərinin tikintisi, yenidən qurma zamanı baş vermiş korrupsiya faktlarının üzə çıxmasıdır.

Ötən illərdə yayılan jurnalist araşdırmalarında Rafail Mehrəliyevin adı Bakı Şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərdə sabiq icra başçısı Hacıbala Abutalıbovun Bakı merinin "pulyuyan maşını" kimi xarakterizə edilirdi. Hətta Mehrəliyevin adı beynəlxalq araşdırmalarda da əskini tapmışdı.

Türkiyənin reyestr məlumatlarında isə Rəfail Mehrəliyevin özünün, qardaşının və qardaşı arvadının adına şirkətlər olduğu qeyd edilib.