Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı - YENİLƏNİB

Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı - YENİLƏNİB

04-11-2017 14:53 / Bu xəbər 1345 dəfə oxundu

Sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudov Baş Prokurorluğa çağırılıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə virtualaz.org sayt məlumat yayıb. Hələ ki Baş Prokurorluğa nə səbəbə çağırılması açıqlanmayıb.

Qeyd edək ki, dünən Eldar Mahmudovun əmisi oğlu, eyni zamanda köməkçisi Vüqar Mahmudovla bağlı 4 aylıq həbs qətimkan tədbiri seçilib.

***

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org-a açıqlamasında bildirib ki, Eldar Mahmudov əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə dindirilməsi üçün Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə çağırılıb.