Eldar Mahmudovun köməkçisi həbs olundu

Eldar Mahmudovun köməkçisi həbs olundu

04-11-2017 02:51 / Bu xəbər 2547 dəfə oxundu

Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu, eyni zamanda köməkçisi Vüqar Mahmudov həbs edilib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, fəaliyyəti dayandırılmış MTN-in vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə Eldar Mahmudovun köməkçisi Vüqar Mahmudov həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.