Eldar Sabiroğlu oğlundan imtina edib

Eldar Sabiroğlu oğlundan imtina edib

17-06-2019 16:05 / Bu xəbər 989 dəfə oxundu

Müdafiə Nazirliyinin keçmiş mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu oğlundan imtina edib.
 
Bununla bağlı oğlu Rüfət Səfərov Feysbuk profilində yazıb və atasının məktubunu paylaşıb.

Rüfət Səfərov yazıb: "Bu məktub bu gün də olmasa, məsələn, 50 il sonrakı azərbaycanlı üçün əhəmiyyət daşıyacaq. Doğru bildiklərimi söyləməkdə davam etdiyimə görə görün nə gündəyəm. Oxuyun, yaxşı- yaxşı oxuyun. Bu rejim bizi nə günlərə saldı”.

Eldar Sabiroğlu isə məktubunun vəsiyyət kimi qəbul olunmasını istəyib: "Artıq bu saatdan sənin atan deyiləm. Məzarım üstə gəlməyini istəmirəm. Halal olmaz! O dünyamı rahat buraxarsan. Allah səni xətadan bəladan hifz etsin!!! İmza sənin keçmiş atan”.

İyunun 16-da Eldar Sabiroğlu "Azadlıq Radiosu"na müsahibə verib. 

Rüfət Səfərov isə atasını müsahibə zamanı eks-prezident Heydər Əliyevi təriflədiyi üçün qınayıb.

Bundan sonra Eldar Sabiroğlu məktub yazaraq, oğlundan imtina etdiyini açıqlayıb. 

Rüfət Səfərov Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi olub.

2016-ci ilin sentyabrında  o, prokurorluq orqanlarındakı fəaliyyətə etiraz edərək işdən ayrılmış və sonra rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

Beynəlxalq və yerli hüquq-müdafiə təşkilatları Rüfət Səfərovu siyasi məhbus kimi tanıyıb.

O, 2019-cu ilin martında prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb.