Əli Abbasov danışdı: "Şantajdır"

Əli Abbasov danışdı:

21-01-2016 17:35 / Bu xəbər 4986 dəfə oxundu

Prezidentin sərəncamı ilə işdən çıxarılan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun unikal.org saytına qısa müsahibəsini təqdim edirik.

- Əli müəllim, necəsiz? Hazırda hardasınız?
- Hazırda şəhərdəki evimdəyəm, istirahət edirəm.

- Məlum olaylarda bağlı istintaqa ifadə vermisiz, ümumiyyətlə, bununla bağlı istintaq orqanlarına gedib-gəlirsizmi?
- Heç yerə getməmişəm. Evdə oturmuşam. İstintaqa da çağırılmamışam.

- Belə çıxır ki, cinayət törədənlər tutulan şəxslər olub…
- Verdiyiniz qiymətə və ədalətli mövqeyinizə görə çox sağ olun.

- Nazirliyin keçmiş aparat rəhbəri Vidadi Zeynalov deyib ki, oranın naziri mən deyiləm ki, bütün məsuliyyət mənim üzərimdə olsun. Bu barədə nə deyə bilərsiniz?
- Mən, çox təəssüf edirəm ki, Vidadi Zeynalov belə bir fikir səsləndirib. Ondan belə bir şey gözləmirdim. Bu, əslində şantajdır.

Arqument.Az