Əli Əhmədov: “Növbəti seçki 2020-ci ildə olacaq”

Əli Əhmədov: “Növbəti seçki 2020-ci ildə olacaq”

07-05-2019 14:24 / Bu xəbər 1027 dəfə oxundu

Əli Əhmədov parlament seçkilərinin öz vaxtında keçiriləcəyini deyib.

Parlament seçkilərinin keçirilmə vaxtı Azərbaycan Konstitusiyasında müəyyənləşib və növbəti seçki 2020-ci ildə olacaq.

"Report”un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov deyib.

O xatırladıb ki, bu il Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək.

Sosial şəbəkələrdə bu ilin payızında növbədənkənar parlament seçkilərinin keçirilmə ehtimalı barədə müzakirələr gedir. 

Müzakirələrə səbəb, 2025-ci ildə parlament və prezident seçkilərinin eyni vaxta təsadüf etməsi olub. 

Növbədənkənar seçki tərəfdarlarının fikrinə görə, əgər bu il seçki baş tutsa, 2025-ci ildə iki seçki üst-üstə düşməz.