Əli Əhmədov: Parlament islahatlardan kənarda qala bilməz

Əli Əhmədov: Parlament islahatlardan kənarda qala bilməz

28-11-2019 15:45 / Bu xəbər 1239 dəfə oxundu

"YAP deputatları parlamentin buraxılması tövsiyəsi ilə prezidentə müraciət edib”

Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov noyabrın 28-də hakim partiyanın Siyasi Şurasının növbədənkənar toplantısı ilə bağlı mətbuat konfransı keçirib.

Əli Əhmədov deyib ki, ölkənin inkişafına töhfə verəcək daha bir qərar qəbul edilib, bu, parlamentin islahatlarına aiddir: "Parlament bu islahatlardan kənarda qala bilməz. İlham Əliyevin islahatları cəmiyyətə ciddi şəkildə təsir göstərir və cəmiyyət bunu dəstəkləyir”.

Əli Əhmədov hakim partiyanın islahatlar konsepsiyasını dəstəkləyənlər arasında birincilərdən olduğunu bildirib: "YAP deputatları parlamentin buraxılması tövsiyəsi ilə prezidentə müraciət edib. Çünki Milli Məclisin yenilənməsi ölkədə ümumi islahatlara uyğundur”.

O, eyni zamanda, YAP deputatlarının parlamentə məktubla müraciət etdiyini vurğulayıb: "İnanırıq ki, yaxın zamanlarda bu məsələ Milli Məclisdə müzakirə ediləcək”.