Əli Kərimli: "Rejimin repressiyalarını ciddi sanksiyalar durdura bilər"

Əli Kərimli:

21-09-2018 17:18 / Bu xəbər 2369 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bloqçu Azər Kazımzadənin Gürcüstanda təxribatla üzləşməsinə münasibət bildirib.

O qeyd edib ki, beynəlxalq təşkilatların Əfqan Muxtarlı olayından sonra Azərbaycan və Gürcüstan hakimiyyətlərinə etdiyi təzyiq yetərli olmayıb.

"Bloqçu Azər Kazımzadənin rejimin adamları tərəfindən Gürcüstanda hədələnməsi, gürcü polisi tərəfindən rejimin dili ilə sorğu-suala çəkilməsindən çıxan nəticələr: 

1. Əfqan Muxtarlının oğurlanmasından sonra beynəlxalq birliyin Azərbaycan və Gürcüstan hakimiyyətlərinə etdiyi təzyiq yetərli olmayıb. Rejim imkan tapan kimi xaricdə də adam oğurluğu cinayətinə baş vura bilər. 

2. Siyasi məhbusların azad edilməsi üçün Avropa Parlamentinin qətnaməsi, ABŞ-ın çağırışları, AŞ PA-nın siyasi məhbuslar üzrə məruzəçi təyin etməsi yetərli olmayıb. Daha ciddi addımlara ehtiyac var.

3. Rejimin repressiyalarını yalnız Azərbaycan xalqının və beynəlxalq təşkilatların daha ciddi və ünvanlı sanksiyaları durdura bilər".