Əli Kərimli tədbirə niyə çağırılmayıb?

Əli Kərimli tədbirə niyə çağırılmayıb?

11-09-2019 16:53 / Bu xəbər 1124 dəfə oxundu

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bu gün siyasi partiyaların iştirakıyla keçirilən tədbirə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin dəvət edilməməsinin səbəbini açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, F. Ağamalı jurnalustlərə açıqlamasında bildirib ki, bunun səbəbi Əli Kərimlinin özünü siyasi mühacir müxalifəti adlandıranların yanında olmasıdır: "Baxın, mühacirlər də ayrı-ayrı şəxsləri təhqir edirlər, Əli Kərimlinin maliyyələşdirdiyi şəxslər də həmin prosesi davam etdirirlər. Bu söyüşlər təkcə iqtidara qarşı deyil. Əli Kərimlinin dəstəsi Müsavat, REAL və digər partiyalara da cəbhə açıb. Hansı partiya istəyir ki, müxalifətdə fəallaşsın, Əli Kərimlinin dəstəsi onu mənəvi terrora, təhqirə məruz qoyur. Bu şəxslərlə Avropadakı söyüş söyənlərin bağlılığı varmı? Mənə elə gəlir ki, var. Ona görə də bu cür insanı mənəviyyatıma sığdırıb tədbirə dəvət etmədim. Ona görə də mən tədbirin təşkilatçısı kimi Əli Kərimlini tədbirə dəvət etməməyə hüququm çatır".