Əli Kərimli: "İnsan bundan artıq alçala bilməz"

Əli Kərimli:

24-08-2019 16:41 / Bu xəbər 1334 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Qarabağ qazisi, siyasi məhbus Babək Həsənliyə qarşı təxribatlar münasibət bildirib.

Kərimli bu barədə feysbuk hesabında yazıb. 

"Qarabağ qazisi, siyasi məhbus Babək Həsənliyə qarşı növbəti yaramazlıq ediblər. Sanki Babək bəydən Qarabağda savaşdığı üçün qisas alırlar. Bu dəfə hədəfdə Babək bəyin ailəsidir. Hər dəfə deyirik ki, daha bu qədər olmaz, insan bundan da artıq alçala bilməz. 

Ancaq yox, nələri də olmasa, alçalmaq potensialları hədsizdir. Həm də AXCP Nərimanov şöbəsinin sədri olan Qarabağ qazisinə qarşı rejimin etdiklərinin bir qismini bilirsiz. Rejim Qarabağ qazisi kimi ev verməli olduğu Babək bəyi siyasi əqidəsinə görə evdən məhrum edib", - deyə AXCP sədri vurğulayıb. 

Onun sözlərinə görə, savaşda 2 dəfə yaralanmş bu qazi hələ də kirayədə yaşayır: "Babək bəyin hərbi məktəbdə oxuyan oğlu Əhədi atasının əqidəsinə görə oradan xaric etdilər. Əhədin zabit olmaq arzusunun qarşısına sədd çəkdilər. Babək bəy 2-ci dəfədir ki, uzunmüddətli siyasi məhbus həyatı yaşayır. 

Həbsdə olan zaman "bandotdel"də ermənilərin azərbaycanlı əsirlərə verdiyi işhəncə ilə müqayisə oluna biləcək işgəncələrə məruz qalıb. İndi də ailəsindən, övladlarına pislik etməkdən əl çəkmirlər. 

Babək bəyin hərbi məktəbdən xaric olmuş oğlu Əhəd bu il BDU-ya qəbul olunub. Baxmayaraq ki, Qarabağ qazilərinin övladları təhsil haqqından azaddır, BDU- da məcbur ediblər, Babək bəyin ailəsi Əhədin 1900 manat təhsil haqqını ödəsin. Babək bəyə qarşı bu ayrı-seçkiliyi bilirsiz nə ilə izah ediblər? Babək bəy həbs olunan zaman onun Qarabağ qazisi vəsiqəsini götürüblər, hələ də qaytarmırlar. 

BDU isə bəhanə edir ki, vəsiqəni təqdim etməlisiz. Vəsiqəni isə digər dövlət orqanı qanunsuz olaraq özündə saxlayıb. Və bu bəhanə ilə Qarabağ qazisinə zülm edilir. Rejimin Babək bəyə hazırkı münasibəti əslində elə Qarabağa olan münasibətidir. Hamılıqla rejimdən tələb etməliyik ki, Babək bəydən, onun ailəsindən o murdar əllərini çəksinlər!"

B.Həsənov 2018-ci il mayın 25-də Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmlinin AXCP-yə maliyyə yardımı göndərməsilə bağlı cinayət işilə əlaqədar həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 3 il azadlıqdan məhrum edilib.