Elçibəyin həyat yoldaşı vəfat edib

Elçibəyin həyat yoldaşı vəfat edib

14-06-2019 13:35 / Bu xəbər 677 dəfə oxundu

Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Türkiyədə vəfat edib.

Bu barədə keçmiş baş nazir Pənah Hüseyn məlumat yayıb. 
 
Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Bu barədə APA-ya Həlimə Əliyevanın qardaşı Mirmöhsün Mahmudov məlumat verib.

Onun sözlərinə görə, 67 yaşlı bacısı Türkiyəyə əməliyyat və müalicə olunmaq üçün gedibmiş: "Hazırda cənazənin Azərbaycana gətirilməsi üçün hazırlıqlara başlamışıq".