Əlikram Xurşidovun müdafiə komitəsi yaradıldı

Əlikram Xurşidovun müdafiə komitəsi yaradıldı

04-12-2017 16:56 / Bu xəbər 1891 dəfə oxundu

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

İclasda Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı  görülən işlər və qərarların icrası barədə məlumat verib.

Divan üzvü Razim Əmiraslanlı Yevlax rayon təşkilatının ümumi yığıncağı, seçkili orqanlara keçirilmiş seçkilər barədə məlumat verib.

Müsavatçıların siyasi məhbusların keçən həftə keçirilən məhkəmə proseslərində iştirakları müsbət qiymətləndirilib.

Divanda Şirvan rayon təşkilatının sədri, siyasi hakimiyyət tərəfindən şərlənərək həbs edilən Əlikram Xurşudovla bağlı yaradılan müdafiə komitəsinin ilk yığıncağının dekabrın 6-da saat 13:00-da Müsavat Partiyasının mərkəzi qərargahında keçirilməsi razılaşdırılıb.

Müsavat Partiyasının başqanı Arif Hacılının və müavini Səxavət Soltanlının Amsterdam şəhərində keçiriən ALDE-nin qurultayında iştirakı, eləcə də ölkədə ictimai-siyasi vəziyyət müzakirə edilib.

Arqument.az