Elçin Əfəndiyevin tamaşasına qadağa – “Azdrama” yenə qarışdı

Elçin Əfəndiyevin tamaşasına qadağa – “Azdrama” yenə qarışdı

18-04-2016 16:49 / Bu xəbər 2222 dəfə oxundu

Xalq yazıçısı, tanınmış dramaturq Elçin Əfəndiyevin "Qatil” əsəri əsasında hazırlanan tamaşa Akademik Milli Dram Teatrının repertuarından çıxarılıb.

Bu barədə AzNews.az-a sözügedən teatrın aktyorları məlumat verib. Onların sözlərinə görə, 4 ilə yaxındır ki, teatrın repertuarından düşməyən və Mehriban Ələkbərzadənin quruluşçu rejissoru olduğu "Qatil” artıq iki aydır ki, oynanılmır.

Bununla yanaşı M.Ələkbərzadənin quruluş verdiyi və bu yaxınlarda premyerası keçirilən "Herostratı unudun” tamaşası da repertuardan çıxarılıb. Aktyorlar hər iki tamaşanın repertuardan çıxarılmasına səbəb kimi açıq-saçıq səhnələrin olduğunu göstərirlər: "Azər Paşa Nemətov bir müddət əvvəl "Qatil” haqqında danışarkən demişdi ki, bu, çox açıq- saçıq tamaşadır. Açıq-saçıqlığı yığışdırmaq lazımdır”.

Hər iki tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə AzNews.az-a açıqlamasında səhhətində yaranmış problemlə əlaqədar Akademik Milli Dram Teatrı ilə 4 aya yaxındır ki, əlaqəsi olmadığını bildirib: "Məncə bunu səbəbini teatrdan soruşsanız daha doğru olar. Mənim heç bir informasiyam yoxdur. Teatrın baş rejissoru var, o, bütün ideoloji məsələləri həll edir. Mənim hər hansı versiyam subyektiv ola bilər. Ona görə də heç bir versiya irəli sürmək istəmirəm. Bunu teatrın daxilində olan bədii şura və teatrın rəhbəri bilər”.

Arqument.Az