"Elmar Hüseynov sağ olsaydı, həbsdə olardı" - VİDEOREPORTAJ

17-07-2017 23:29 / Bu xəbər 1174 dəfə oxundu

Bu gün, 17 iyul jurnalist, "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günüdür. 

Yaşasaydı 50 yaşı tamam olacaqdı.

Hüseynov 2005-ci il martın 2-də yaşadığı mənzilin önündə  qətlə yetirilmişdi.

12 il  keçməsinə baxmayaraq, hələ də bu cinayətin qatil və sifarişçiləri tapılmayıb.

Bu gün bir qrup siyasətçi, vətəndaş cəmiyyəti fəalı və jurnalist Elmar Hüseynovun qəbrini ziyarət edib.

Toplum TV jurnalistin anım günündən hazırlanmış videoreportajı təqdim edir: