Elmar Vəliyevin oğlu "Kəpəz"in avtobusunu klubdan geri alıb (FOTO)

Elmar Vəliyevin oğlu

12-12-2018 17:36 / Bu xəbər 1891 dəfə oxundu

"Kəpəz"in istifadə etdiyi avtobus klubdan alınıb.

Fanat.Az "Kəpəz"dəki mənbəyə istinadən xəbər verir ki, avtobus Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin ailəsinə məxsusdur. 

Elmar Vəliyev vəzifəsindən azad olunandan sonra oğlu Elmir Vəliyev isə "Kəpəz"in Müşahidə Şurasının sədri vəzifəsindən ayrılıb. 

Klubla əlaqəsi kəsilən Vəliyevlər ailəsi bir neçə gün əvvəl avtobusun təhvil verilməsini tələb edib. 

Məlumatda qeyd olunur ki, Elmir Vəliyevdən sonra "Kəpəz" faktiki rəhbərsiz qalıb. Belə ki, klubun icraçı direktoru Elnur Camalxanov da postundan ayrılıb. 

Hazırda klubun rəisi vəzifəsini tutan Ruslan Nağıyev isə yalnız kağız üzərində səlahiyyətlərini icra edir.

Elmir Vəliyev olaya münasibət bildirməyib.