Elnur Allahverdiyevdən MSK-ya şikayət edildi

Elnur Allahverdiyevdən MSK-ya şikayət edildi

27-01-2020 19:13 / Bu xəbər 1589 dəfə oxundu

Cavad Cavadov: "Sabah müraciət baxmaq üçün son gündür"
 
17 saylı Yasamal 3-cü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Elnur Allahverdiyevlə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət edilib. 

Arqument.Az xəbər verir ki, bu barədə vəkil, həmin dairədən namizəd Cavad Cavadov məlumat yayıb.

O bildirib ki, Elnur Allahverdiyevin xarici ölkə qarşısında öhdəliyi var və namizədliyi ləğv olunmalıdır.

Vəkil deyib ki, MSK müraciətə qanunla sabah baxmalıdır: "17 saylı Yasamal 3-cü seçki dairəsindən deputatlığa namizəd olan Elnur Allahverdiyin başqa dövlət qarşısında öhdəliyinin olması səbəbindən namizədliyinin ləğv olunmasına dair şikayətimə Mərkəzi Seçki Komissiyası tərəfindən sabah cavab verilməsinin son günüdür. Açıqlamalırımı net şəkildə bildirmişəm. 

Fikrimi bir az daha genişləndirirəm:

Sloveniyanan Azərbaycanda fəxri konsulu olan Elnur Allahverdiyevin Sloveniya hökümətinin təsdiq etdiyi fəxri konsullar haqqında təlimata əsasən (Instructions for Honorary Consular Officers of the Republic of Slovenia No. ZKD-1154/07 of 21 March 2007, pdf faylda əlavə edirəm) konsulun həmin dövlət qarşısında kifayət qədər öhdəliyi vardır. Həmin təlimata əlavələrdə konsulun imzalanmalı olduğu təntənəli andı nəzərdə tutulub. Bu təlimatda birbu cümlə kifayət edir: As a honorary consul I will conscientiously and responsibly fulfil the duties conferred on me by the decision on appointment of the Government of the Republic of Slovenia. Tərcüməsi: Fəxri konsul olaraq Sloveniya Respublikası Hökumətinin təyin edilməsi haqqında qərarla üzərimə düşən vəzifələri vicdanla və məsuliyyətlə yerinə yetirəcəyəm".

"Fəxri konsulun imzalanmalı olan təlimata ikinci əlavəsi isə onu Sloveniya dövlətinin təhliküsizlik xidməti tərəfindən yoxlanılmasına könüllü razılıq verməsinə yönəlib. Hörmətli Elnur müəllim Dairə Seçki Komissiyasına sənədlərini təqdim edərkən sənəd imzalamışdır ki, onun başqa dövlətlər qarşısında öhdəliyi yoxdur".