Elnur Məmmədli qəzaya düşdü

Elnur Məmmədli qəzaya düşdü

15-03-2019 00:40 / Bu xəbər 1668 dəfə oxundu

Cüdoçu, 2008-ci il Yay Olimpiya Oyunlarının qızıl medalçısı Elnur Məmmədlinin idarə etdiyi avtomobil qəzaya uğrayıb.

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində baş verib.

"B 862 CA 73" qeydiyyat nişanlı "VAZ 21 08" markalı avtomobili adıçəkilən küçə ilə yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirərək Elnur Məmmədlinin idarə etdiyi "90 NT 555" dövlət qeydiyyat nişanlı "KİA Cadenza” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, hər iki avtomobilə ziyan dəyib.