Elnurun hamıdan gizlətdiyi anası - FOTO

Elnurun hamıdan gizlətdiyi anası   - FOTO

26-01-2015 12:54 / Bu xəbər 2876 dəfə oxundu

Məşhur müğənni Elnur Hüseynovun ailəsi ilə bağlı araşdırmamız ötən həftə böyük sensassiyaya səbəb olmuşdu. 

Belə ki, Azərbaycan Dövlət Filarmoniyasının Kadrlar Şöbəsindən azvision.az-a verilən məlumatda bildirilirdi ki, E.Hüseynov ailəsi ilə bağlı məlumatları ictimaiyyətdən gizlətməyə çalışır. Mənbə hətta iddia edirdi ki, E.Hüseynov uzun illər ailəsindən ayrı yaşayırmış.

Sosial şəbəkədə E.Hüseynovun hamıdan gizli saxladığı anası ilə birlikdə çəkdirdiyi foto yayılıb. Fotoda E. Hüseynovun anasının hicablı, dinə bağlı bir xanım olduğu əks olunur. 

Qeyd edək ki, Elnur Hüseynov və Samir Cavadzadə 2007-ci ildə ilk dəfə Avroviziya musiqi yarışmasında Azərbaycanı təmsil ediblər. E. Hüseynov hazırda Türkiyədə telekanalında yayımlanan məşhur “O səs Türkiyə” musiqi yarışmasının iştirakçısıdır. Elnur Hüseynov “O səs Türkiyə” müsabiqəsindəki uğurlu çıxışı ilə Türkiyə mətbuatının da gündəmini zəbt edib.

Arqument.Az