Əlvida! - Hüseyn Bağırov

Əlvida! - Hüseyn Bağırov

29-01-2016 02:11 / Bu xəbər 3248 dəfə oxundu

Arqument.Az gənc yazar Hüseyn Bağırovun şeirini təqdim edir: 

Əlvida!

Darıxıram səndən sarı,
Arada qonaq gəl barı,
Şairi tərk etdi yarı,
Əlvida, gözəl, əlvida.

Gözlərim sənsiz qaldı yaşlı,
Nur simalı,qələm qaşlı,
Qara saçlı,qəlbi daşlı,
Əlvida, gözəl, əlvida.

Şirin sözlü, al yanaqlı,
İncə telli, gül dodaqlı,
Həm qaralı, həm qonaqlı,
Əlvida, gözəl, əlvida.