Əməkdar artist Adil Zeynalov vəfat edib

Əməkdar artist Adil Zeynalov vəfat edib

12-03-2020 13:11 / Bu xəbər 1463 dəfə oxundu

Lənkəran Dövlət Teatrı: "Onu ölümün əlindən ala bilmədik”

Əməkdar artist Adil Zeynalovun ölüm səbəbi açıqlanıb.

Lənkəran Dövlət Teatrından Qaynarinfo-ya verilən məlumata görə, Adil Zeynalov uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş: "Xəstəydi. Mədəsində ağrıları vardı. İki dəfə əməliyyat olundu. Hətta xarici ölkə xəstəxanalarına da getdi. Amma xərçəng öz işini görmüşdü. Nə etsək, necə etsək də, onu ölümün əlindən ala bilmədik”.

Teatrdan onu da bildirdilər ki, Adil Zeynalov Lənkəranda atasının məzarının yanında dəfn olunacaq: "Vəsiyyət edib ki, məni atamın yanında basdırın”.

Xatırladaq ki, 60 yaşlı Əməkdar artist Adil Zeynalov dünən gecə Bakıda Topçubaşov adına xəstəxanada dünyasını dəyişib.