Emin Aslanın ölkədən çıxışına qadağa qoyulub

Emin Aslanın ölkədən çıxışına qadağa qoyulub

18-07-2018 15:42 / Bu xəbər 1841 dəfə oxundu

Gürcüstana getmək istəyən hüquqşünas sərhəddən geri qaytarılıb

İyulun 18-də hüquqşünas Emin Aslan Gürcüstana gedərkən sərhəddə saxlanılıb. 

Ona ölkədən giriş-çıxış əməliyyatlarına həbs qoyulduğu bildirilib. Bu barədə onun yaxınları və dostları sosial şəbəkələrdə paylaşıblar.

Onların sözlərinə görə, Emin Aslana bildirilib ki, Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışı yasaqlanıb.

Bir müddət öncə Emin Aslan ABŞ-ın Sirakuz Universitetində hüquq sahəsi üzrə təhsilini başa vuraraq Bakıya qayıdıb.

O, Bakıda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Yaxınları nişanlısı ilə birlikdə ikən "Park Bulvar” yaxınlığında saxlanılan hüquqşünasın harada olması və vəziyyəti barədə 1 sutkadan çox məlumat ala bilməyiblər.

İyunun 5-də Nərimanov Rayon Məhkəməsi hüquqşünasa İnzibati Xətalar Məcəlləsininin 535.1-ci (Polisin qanuni tələbəinə tabe olmama) maddəsinə əsasən 30 sutka inzibati həbs cəzası verib.

İyulun 5-də cəza müddəti başa çatan Emin Aslan sərbəst buraxılıb.///Meydan.tv