Emin Millinin qaynı həbs olundu

Emin Millinin qaynı həbs olundu

27-07-2015 16:08 / Bu xəbər 1194 dəfə oxundu

Meydan TV-nin direktoru Emin Millinin qayını Nazim Ağabəyov həbs olunub. 

O, narkotik maddələrin satışında təqsiləndirilir.

Emin Milli öz facebook hesabında bu ittihamı qondarma və absurd adlandırıb:

"İnsanların qohumları, ailə üzləri vasitəsilə ilə cəzalandırmaq Əliyev rejiminin geniş yayılmış təcrubəsidir. Avropa Birliyi, ABŞ, Britaniya, Almaniya və digər Avropa hökumətləri bütün baş verənləri susqunluqla izləyir. Çünki onlar kriminal rejimlə öz əlaqələrini pozmaq istəmir, bizneslərini davam etdirib, pul qazanmaq istəyirlər”.

Nazim Ağabəyov İT mütəxəssisdir.

Emin Milli iddia edir ki, bir neçə həftə öncə Əliyev gənclər və idman naziri Azad Rəhimov vasitəsilə onu ölümlə hədələyib.

Meydan TV-nin 4 jurnalistinin ölkəni tərk etməsinə qadağa qoyulub:

"Mənim yoldaşımın ailəsi təzyiq altındadır. Onlara edilən təzyiqlər nəticəsində zorla hər hansı bəyanat verə bilərlər. Bu anlaşıla bilər, Amma Əliyev və onun ətrafının jurnalistlərin, fəalləarın və digər Azərbaycan vətəndaşlarının ailələrinə və yaxınlarına etdikləri heç vaxt bağışlanmayacaq".

Emin Milli baş verənlərin onun və Meydan TV-nin susdurulması üçün edildiyini bildirir. Əlavə edir ki, hətta onu, eləcə də bütün ailə üzvlərini öldürsələr belə o dayanmayacaq:

"Həqiqətləri deməyə kimsə məni dayandıra bilməz" ("Azadlıq" radiosu).