Ərdoğan Afinanı miqrantlara nasist metodları tətbiq etməkdə günahlandırıb

Ərdoğan Afinanı miqrantlara nasist metodları tətbiq etməkdə günahlandırıb

12-03-2020 16:04 / Bu xəbər 340 dəfə oxundu

"Bu, sözün tam mənasında vəhşilikdir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü Yunanıstan təhlükəsizlik qüvvələrini Türkiyədən Avropa Birliyinə keçməyə çalışan miqrantlara qarşı güc tətbiq etməkdə günahlandırıb və onları nasist adlandırıb, - "Reuters” xəbər verir.

Türkiyənin fevralın 28-də verdiyi açıqlamadan sonra on minlərlə qaçqın Avropa Birliyi ölkəsi Yunanıstan yoluyla Avropaya keçməyə cəhd edir. Ankara açıqlamasında qeyd edib ki, artıq Türkiyə 2016-cı ildə bağlanmış müqaviləyə əsasən yardım müqabilində qaçqınları öz ərazilərində saxlamayacaq.

Yunanıstan təhlükəsizlik qüvvələri miqrantları dayandırmaq üçün gözyaşardıcı qaz və su toplarından istifadə edib. Afina sığınacaq müraciətlərini bir ay müddətinə dayandırıb və son iki həftə ərzində 42.000-dən çox miqrantın Avropa Birliyinə qanunsuz şəkildə girməsinin mane olub.

Türkiyə parlamentində Ərdoğan AK Partiya millət vəkillərinə Yunanıstan sərhədindən video görüntülər göstərib və deyib, "Yunan sərhədindəki görüntülər ilə nasistlərin etdikləri arasında heç bir fərq yoxdur”.

"Günahsız insanlara atəş açmaq, onları hər cür qeyri-insani rəftara məruz qoymaq ... Bu, sözün tam mənasında vəhşilikdir”,- deyərək Ərdoğan Yunanıstanı miqrantların qərbin daha zəngin ərazilərinə keçməsinə icazə verməsi üçün çağırış edib.

"Niyə onlara bu qədər mane olursan və nasist işgəncəsi verirsən?” - Ərdoğan sual edib.

Türkiyə daha öncə Yunanıstan təhlükəsizlik qüvvələrini dörd miqrantı öldürməkdə günahlandırıb. Afina bu iddianı "saxta xəbər” olaraq rədd edib və vəzifəsinin Avropa Birliyi sərhədlərini qorumaq olduğunu bildirib.///Meydan.tv