Ərdoğan prezident səlahiyyətlərini vitse-prezidentə təhvil verdi
08-10-2018 12:29 / Bu xəbər 1424 dəfə oxundu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini 2 günlük vitse-prezident Fuad Oktaya təhvil verib.
Bu barədə "Resmi gazete” qəzetində dərc olunan qərarda deyilir.
Qeyd olunur ki, bu addım R.T.Ərdoğanın Macarıstana səfəri ilə əlaqədar atılıb.
Bildirilir ki, səfər oktyabrın 8-9-da baş tutacaq.