Ərdoğan: “Qapıları açarıq, 3.6 milyon qaçqını sizə göndərərik”

Ərdoğan: “Qapıları açarıq, 3.6 milyon qaçqını sizə göndərərik”

12-10-2019 17:46 / Bu xəbər 2995 dəfə oxundu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının şəhər sədrləri ilə görüşündə "Barış Pınarı” əməliyyatı barədə açıqlamalar verib.

Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumatda deyilir ki, o, Avropa Birliyi və Ərəb ölkələrini sərt tənqid edib. 

Ərdoğan deyib ki, Avropa Birliyi türk ordusunu işğalçı adlandırmağa davam etsə, suriyalı qaçqınları üçün Avropaya gedən qapıları açacaq.

"Səudiyyə Ərəbistanı və Misir özünüzə baxın. İndi pul hesabı edirlər. Heç pul vəd etmisinizmi? Bu günə qədər 40 milyard pul xərcləmişik. Yenidən xərcləyərik, ancaq qapıları açarıq. Siz bu günə qədər heç səmimi olmadınız. 1963-cü ildən bəri bizi dayandırırsınız", - deyə Ərdoğan bildirib.

Prezident "Barış pınarı" əməliyyatında 109 terrorçunun öldürüldüyünü də qeyd edib.

Suriyanın şimalına başladılan "Barış pınarı" əməliyyatı ilə əlaqədar Avropa Birliyindən gələn etirazları prezident Ərdoğan "Hərəkatı işğal olaraq xarakterizə etməyə çalışsanız, qapıları açarıq, 3.6 milyon qaçqını da sizə göndərərik”, - deyib.

Bolqarıstanın Baş naziri Borisisov "Barış pınarı" əməliyyatı ilə bağlı Türkiyəyə dəstək olub.

Dünən 3.6 milyon sığınacaq axtaran şəxs üçün Avropa qapılarının açıqlaması barədə Ərdoğanın xəbərdarlığını qiymətləndirən Bolqarıstan Baş naziri Boyko Borisov Avropa Ərdoğanın qarşsındaykən təkcə özünün onun yanında olduğunu bildirib.

Feysbuk səhifəsindən video yayan Bolqarıstan Baş nazir: "Bolqarıstan və Türkiyə yaxşı qonşuluq əlaqələrinə sahibdir. Türkiyə ilə AB arasında gərginlik yaşandığında, Ərdoğana kömək etdim. Avropanın Ərdoğana qarşı olduğu bir çox hallarda, yalnız mən onun yanında oldum”, - deyib.///Toplum.TV