Ərdoğanın o gecə yayımlanmayan açıqlaması - VİDEO

Ərdoğanın o gecə yayımlanmayan açıqlaması - VİDEO

23-07-2016 23:17 / Bu xəbər 4813 dəfə oxundu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qiyam gecəsi qaldığı oteldə jurnalistlərə verdiyi, lakin yayımlanmayan açıqlaması ortaya çıxıb.
 
Axar.az xəbər verir ki, 15 iyul gecəsi TÜRKSAT-ın rabitə xətlərinin kəsilməsindən dolayı yalnız "Periskop” sosial şəbəkəsində yayılan açıqlamada prezident xalqı hərbi çevriliş cəhdinə qarşı birliyə səsləmişdi.
 
Teleçıxış yayımlanmadığı üçün Ərdoğan daha sonra Skayp (Skype) bağlantısı ilə xalqa müraciət etmişdi.