Erməni deputatlar NATO seminarından geri çağırıldılar

Erməni deputatlar NATO seminarından geri çağırıldılar

24-04-2018 00:50 / Bu xəbər 1682 dəfə oxundu

Aprelin 23-də Ermənistan parlamentinin NATO-nun Parlament Assambleyasının (NATO PA) Batumidə keçirilən "Rouz-Rout" seminarında iştirak edən deputatları geri çağırılıblar.

Bu barədə "Report"-a danışan Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı bildirib ki, buna səbəb Ermənistanda baş verən son hadisələr, xüsusilə də baş nazir Serj Sarqsyanın istefaya getməsidir:

"Həmin deputatlar da Serj Sarqsyanın Respublikaçılar Partiyasını təmsil edirdilər. Ona görə də ölkədəki gərgin vəziyyəti nəzərə alan Ermənistan rəhbərliyi deputatları təcili geri çağırıb. Bu Ermənistanda vəziyyətin daha da ciddi olduğunu sübut edir”.

M.İbrahimqızının sözlərinə görə, NATO PA-nın 97-ci "Rouz-Rout" seminarının ikinci günü, yəni aprelin 24-də Cənubi Qafqazdakı vəziyyət, Gürcüstanda inteqrasiya prosesləri, eləcə də regionda təhlükəsizlik və mövcud problemlər diqqət mərkəzində olacaq. 

Seminarda Azərbaycanı Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamran Bayramov təmsil edirlər.