Erməni generalın ordumuzun əməliyyatlarından bəhs edən məktubu ələ keçirildi - MƏTN

Erməni generalın ordumuzun əməliyyatlarından bəhs edən məktubu ələ keçirildi - MƏTN

08-08-2017 12:23 / Bu xəbər 341 dəfə oxundu

Panikada qaçan erməni ordusu-qondarma komandan qondarma baş prokurora məktub yazıb.

Erməni ordusunda son dövrlər hərbi xidmətdən yayınma, postu özbaşına qoyub aradan çıxma halları kütləvi hala çevrilib.

"Ölkə.Az" xəbər verir ki, ermənilər əvvəlcə bu halların üstünü ört-basdır etmək istəsələr də, artıq vəziyyət nəzarətdən çıxmaq üzrədir. Heç də təsadüfi deyil ki, qondarma respublikanın müdafiə ordusunun komandanı Levon Mnatsakanyan qondarma respublikanın qondarma baş prokuroruna məktub yazıb.

"Ölkə.Az" olaraq əldə etdiyimiz məktubun ana dilimizə tərcüməsini oxucularımıza çatdırırıq:

"Dağlıq Qarabağ Respublikasının baş prokuroru Artur Mosiyana

İyul ayının əvvəlində Azərbaycanın Silahlı Qüvvələrinin Fizuli istiqamətində yerləşən Alıxanlı kəndində yerləşən hərbi hissədən həyata keçirdikləri raket atəşlərindən sonra, Dağlıq Qarabağ Respublikasının Müdafiə ordusunun bir qrup hərbi qulluqçusu panikaya düşərək öz döyüş postlarını tərk edərək qaçıblar.

Təəssüflə qeyd etmək lazımdır ki, qarşı tərəfin əməliyyatlarından sonra yaranan panika əhval-ruhiyyəsindən sonra, eyni hərbi hissənin müddətli xidmət edən bir qrup hərbçisi Qarabağ Respublikasının (!) ərazisini özbaşına tərk etməyə cəhd ediblər. Lakin onlara Kəlbəcər polis postundan keçmək nəsib olmayıb.

Xoşbəxtlikdən eyni gün postları özbaşına tərk edən əsgərlər Qarabağ-Ermənistan yolunda bir qrup zabit tərəfindən saxlanılaraq həbs ediliblər. Həbs edilənlər daha sonra komandirlərin nəzarəti altına alınıblar. Sorğu-sual zamanı postdan qaçan əsgərlər suallara cavab verməkdən imtina ediblər.

Lakin sadəcə bu hərbçilərin gözlərinə baxmaqla aydın olurdu ki, bir illik xidmətdə olan əsgərlərin panikaya düşmək səbəbi düşmənin artilleriya atəşindən irəli gələn qorxudur.

Cənab Mosiyan, həmin addımı atan əsgərlər öz silahdaşlarını təhlükə altına qoyaraq hərbi davranış qaydalarını, nizam və intizamı pozublar.

Eyni zamanda xahiş edirik ki, həmin əsgərlərin əmələrini və məsuliyyətsizliyini nəzərə alaraq qanuna müvaffiq layiqli cəza tətbiq edilsin".

Məktubdan da göründüyü kimi, qondarma rejim artıq öz silahlı qüvvələrinə nəzarəti itirib, işğalçı dövlət əsgər və zabit heyətinə nəzarət etməkdə çətinlik çəkir.