"Ermənistan Azərbaycanın ərazisini işğal edib" - ATƏT

03-03-2017 14:57 / Bu xəbər 1582 dəfə oxundu

Dağlıq Qarabağ münaqişəsi martın 2-də Vyanada ATƏT-in Daimi Şurasının iclasında müzakirə olunub.

Report-a xəbər verir ki, iclasda Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi bəyanatla çıxış edib.

Bəyanatda bildirilib ki, Ermənistan qonşu ölkənin ərazisini işğal edib və beynəlxalq ictimaiyyət bunu pisləyib: "Son 25 il ərzində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin "müstəqillik" iddiaları və ya hansısa arzularında heç bir irəliləyiş əldə etməyib".

Bəyantda vurğulanıb ki, Azərbaycan əmindir ki, yaxın 25, yaxud 250 il ərzində də bu, baş verməyəcək və regiondakı vəziyyət də bunu deməyə əsas verir: "Bu iddiaları dəstəkləyən heç bir ölkə yoxdur. BMT-nin 190 üzvü Azərbaycanı dəstəkləyir. Bu, həqiqətdir. Virtual reallıq qurmaq lazım deyil. Güzgüyə baxıb özünüzə cavab verin, bu vəziyyət Ermənistanı tərk edən və qonşu ölkələrdə yaşamağa üstünlük verən erməni xalqının əsl maraqlarına uyğundurmu?”.