Ermənistan ordusu atəşkəs rejimini pozub, Azərbaycan əsgəri yaralanıb

Ermənistan ordusu atəşkəs rejimini pozub, Azərbaycan əsgəri yaralanıb

16-08-2019 18:18 / Bu xəbər 755 dəfə oxundu

Avqustun 15-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası istiqamətində düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində hərbi qulluqçumuz yaralanıb. 

"Report.az" xəbər verir ki, bu barədə Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Naxçıvan şəhərindən müddətli həqiqi hərbi xidmətə çağırılmış 2000-ci il təvəllüdlü əsgər Babayev Həsən Adil oğlu Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində mühəndis işləri aparılan zaman düşmən mövqeyindən açılan snayper atəşi nəticəsində sağ bud nahiyəsindən güllə yarası alıb. 

Yaralanmış əsgərə dərhal tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur. 

Ermənistan Respublikası Naxçıvan istiqamətində məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməyə davam etsə də, Əlahiddə Ümumqoşun Ordunun bölmələri dövlət sərhədində əməliyyat şəraitinə tam nəzarət edir.