Ermənistan rəsmisinin çıxışı gərginlik yaratdı: Gürcüstanın müdafiə naziri zalı tərk etdi

Ermənistan rəsmisinin çıxışı gərginlik yaratdı: Gürcüstanın müdafiə naziri zalı tərk etdi

28-09-2017 12:50 / Bu xəbər 1895 dəfə oxundu

Bu gün, sentyabrın 28-i Litvanın paytaxtı Vilnüsdə "Avropanın Təhlükəsizliyində və Müdafiəsində Şərq Tərəfdaşlarının yeri" adlı konfras keçirilir. 

Toplum.Tv xəbər verir ki, bu barədə REAL-ın İdarə Heyətinin üzvü Erkin Qədirli məlumat verib. 

O bildirib ki, konfransda müxtəlif ölkələrdən gəlmiş iştirakçıların əksəriyyəti hökumət adamları (siyasilər, diplomatlar, dövlət qulluqçuları), hərbi və təhlükəsizlik ekspertləridir.

Konfransda Azərbaycanın da nümayəndə heyəti iştirak edir, REAL-dan isə Erkin Qədirli təmsil olunur. 
 
Erkin Qədirli: "Ermənistan rəsmisi Azərbaycanın adını çəkə bilmədi"

Erkin Qədirli Toplum.Tv-yə deyib ki, Gürcüstanın müdafiə naziri konfrans keçirilən zalı tərk edib. Buna səbəb isə Ermənistan müdafiə nazirinin rəsmisinin çıxışı olub.
"Tədbirdə Ermənistan Müdafiə Nazirliyinin rəsmisi söz aldı, Rusiyanın Ermənistan üçün önəmindən danışdı, arada da dedi ki, Ermənistan Gürcüstanın yanlışını təkrarlaya bilməz - Rus qoşunlarının ölkədən çıxarılmasını deyirdi. Bununla işləri daha da korladı - Gürcüstanın Müdafiə naziri etiraz əlaməti olaraq nümayişkaranə şəkildə konfransın keçirildiyi otaqdan çıxdı", - Qədirli bildirib. 

E.Qədirli vurğulayıb ki, Ermənistan rəsmisi rus qoşunlarının Azərbaycandan çıxarılması məsələsinə toxunmayıb: "Ermənistan rəsmisi bu kontestdə Azərbaycanın adını çəkə bilmədi, çünki onda öz dövlətinin işğalçı siyasətini və Rusiyanın əlində alət olduğunu ifşa edəcəkdi".

Ermənistanla Azərbaycan arasında Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.