Ərzaq bahalaşıb

Ərzaq bahalaşıb

07-08-2017 20:03 / Bu xəbər 3658 dəfə oxundu

2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 14 faiz bahalaşıb.

Məlumatı Dövlət Statistika Komitəsi avqustun 7-də yayıb.

Bildirilir ki, ərzaq məhsullarının qiymətləri 18,2, qeyri-ərzaq məhsullarının qiymətləri isə 12,6 faiz artıb.

Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri də bahalaşıb - 9,6 faiz.

İyulda istehlak məhsullarının, xidmətlərin 0,1, qeyri-ərzaq mallarının 1,6, əhaliyə göstərilən ödənişli xidmətlərin isə qiymətlərinin 0,4 faiz bahalaşdığı bildirilir.
Ərzaq məhsullarının qiymətlərində cüzi azalma olub - 1 faiz.

Ötən ay mal, qoyun əti, pendir, kərə və zeytun yağları, limon, soğan, sarımsaq bahalaşıb.

Un, qarabaşaq, makaron məmulatları, toyuq əti, yumurta, balıq məhsulları, günəbaxan, qarğıdalı yağları, şəkər, banan, alma, armud, alça və şaftalının isə ucuzlaşdığı bildirilir.

Qeyri-ərzaq mallarının qiymətinə gəlincə, parçalar, ayaqqabılar, inşaat materialları, benzin, mebel, ev əşyaları, xalça və digər döşəmə örtükləri, kiçik elektrik cihazları, soyuducular, tozsoranlar bahalaşıb.

Geyimin, kondisionerlərin, fərdi kompüter və mobil telefonlarının isə ucuzlaşdığı deyilir.