“EuroHome” bazarında yanğın: xəsarət alanlar var
10-12-2019 12:01 / Bu xəbər 1115 dəfə oxundu
Hadisə yerinə 5 briqada və 3 helikopter cəlb olunub
Dekabrın 10-da Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, səhər saatlarında baş verən yanğının söndürülməsi üçün 5 briqada və 3 helikopter cəlb olunub.
Bazar Sumqayıt-Bakı yolunun üzərində yerləşdiyindən magistral yolda sıxlıq yaranıb, hərəkət məhdudlaşdırılıb.
Səhiyyə Nazirliyindən APA-ya verilən məlumatda isə bildirilir ki, hadisə yerində 6 nəfərə yardım göstərilib.
2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər əlin kəsilmiş yarası diaqnozu ilə Travmatologiya və Ortopediya İnstitutuna gətirilib.