"EuroHome" yenidən yandı - FOTO/VİDEO

12-05-2020 02:07 / Bu xəbər 1428 dəfə oxundu

Bakının Binəqədi rayonunda "EuroHome” ticarət mərkəzində növbəti dəfə yanğın olub.

Oxu.az xəbər verir ki, hazırda davam edən yanğının söndürülməsi üçün FHN-nin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.

Eyni zamanda Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev də hadisə yerindədir.
 
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda "EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.  

Demokrat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. 

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.