Çexiyada biznesi olan azərbayanlı məmurlar təlaşda – Antikorrupsiya etirazları başlayıb

Çexiyada biznesi olan azərbayanlı məmurlar təlaşda – Antikorrupsiya etirazları başlayıb

06-06-2019 14:58 / Bu xəbər 1553 dəfə oxundu

Çexiyanın paytaxtı Praqada Avropa Birliyi (AB) fondlarından gələn pulları korrupsiya yolu ilə mənimsəməkdə ittiham olunan baş nazir Andey Babişin istefası ilə bağlı kütləvi aksiyalar keçirilir. 
 
Aprel ayından başlayan mitinqlərdə yüz mindən çox insan iştirak edir.
 
"Yeni Sabah" şex mediasına istinadən xəbər verir ki, ölkənin baş naziri Andrey Babiş rəsmi olaraq Çexiyanın ikinci ən varlı şəxsi hesab olunur. Onun bu varidatın çoxuna korrupsiya yolu ilə nail olduğu iddia olunur.
 
Babis artıq iki ildir ki, Çexiyada baş nazir postunu icra edir. 

Korrupsiyaya qarşı başlayan xalq etirazları isə nəticə verməkdədir. Belə ki, bəzi məmurlar vəzifəsindən azad edilib, bəziləri isə özü istefa verib. Polis və ədliyyə orqanlarının araşdırmaları daha geniş aparacağı deyilir.

Sayt yazır ki, hələlik, bu araşdırmaların xarici ölkə vətəndaşlarını da əhatə edib-etməyəcəyi bəlli deyil. Amma bu olarsa, Azərbaycan məmurlarının böyük əksəriyyətinin ciddi problemlə qarşılaşacağı qaçılmazdır. Məmurlarımızın qeyri-qanuni yolla əldə etdikləri böyük pulların ən çox daşındığı ölkə məhz Çexiya olub. Bu haqda mediada dəfələrlə xəbərlər yayılıb.

"Yeni Sabah” Çexiyada biznesi olan məmurların qısa siyahısını da təqdim edib. Siyahı bu vaxta qədər mediada yayılan məlumatlar əsasında hazırlanıb və bu məlumatların heç biri (Allahşükür Paşazadə istisna olunmaqla) təkzib olunmayıb.
 
Çexiyada adı biznes və korrupsiyada hallandırılan vəzifəli şəxslər isə bunlardır:

1.    Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə
2.    Millət vəkili Cavanşir Paşazadə
3.    Millət vəkili Adil Əliyev
4.    Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev
5.    Sədərək Ticarət Mərkəzinin sahibi Yusif Qədimbəyli
6.    Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev
7.    Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov
8.    Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə 
9.  Sumqayıt Baş Gömrük İdarəsinin rəisi Vəzir Həsənov
10.  Azərbaycan Dəmiryolu Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hicran Valehov
11.  Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəhbəri Rəfail Mehrəliyev
12.  Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin qardaşı, "Azpetrol" şirkətlər qrupunun keçmiş prezidenti Rafiq Əliyev
13. Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev
14. "Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov
15.  Keçmiş Azərbaycanda Alternativ və Bərpa Olunan Enerji Agentliyinin rəhbəri Cəmil Məlikov
16.  Sabiq müdafiə naziri Səfər Əbiyev
17.  Sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov
18.  Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov
19. Deputat Malik Həsənov - Kərəm Həsənovun qardaşı. 
20. Yaqub Eyyubov — Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.