Əziz Orucov azadlığa buraxıldı

Əziz Orucov azadlığa buraxıldı

05-04-2018 12:00 / Bu xəbər 47294 dəfə oxundu

"Kanal 13"  internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucov azadlığa buraxılıb.

Bu barədə aprelin 5-də Toplum Tv-yə jurnalistin vəkili Bəhruz Bayramov məlumat verib: "Əziz Oruov barəsində verilmiş kassasiya şikayətinə Cinayət Məcəlləsinin 192.2-ci maddəsi ilə ittiham etmişdilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 il azadlıqdan məhrum edilib. Əziz Orucov haqqında Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə şərti sınaq müddəti təyin edilib”.

Əziz Orucov 2017-ci il mayın 2-də polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib. 

Bu müddət başa çatdıqdan sonra Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətindən sui-istifadə) maddələri ilə ittiham olunub. 

O, 6 il azadlıqdan məhrum edilmişdi.

Əziz Orucov özünü təqsirli bilmir, jurnalist fəaliyyətinin qarşısını almaq üçün həbs edildiyini bildirirdi. 

Hüquq-müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.