Əziz Orucov: "Niyə tutuldum, niyə buraxıldım - qavraya bilmirəm"

Əziz Orucov:

05-04-2018 16:11 / Bu xəbər 2337 dəfə oxundu

"Azadlıq fərqli bir hissdir. Amma bu, fərqli bir azadlıqdır. Mən özümü heç bir halda təqsirkar bilmirəm. Çünki etmədiyim bir işlə bağlı həbs olunmuşam". 

Bunu "Kanal 13" İnternet Televiziyasının icraçı direktoru "Amerikanın Səsi"nə müsahibəsində bildirib.

O bildirib ki, şərti olaraq azadlığa buraxılması ilə razılaşmır. 

"Azadlıq tam olmalıdır. Tam azadlığım uğrunda mübarizəni davam etdirəcəyəm. Mənim təqsirim yoxdur, azadlığım da tam olmalıdır", - deyə jurnalist qeyd edib.

O, həbs həyatı ilə bağlı sualın cavabında deyib ki, düşməninə belə həbs həyatı yaşamaq arzulamır: "Çünki hər bir şey bundan öncə yaşadığın mühitdən fərqli bir mühitdə hər şey cərəyan edir. Olmadığın mühitə düşüb öyrəşməyin, dörd divar arasında düşüb məskunlaşmağın, etmədiyin işə görə həbsin çox ağırdır".

Əzizov onun həbsini diqqətdə saxladığına görə jurnalistlərə, yerli və beynəlxalq ictimaiyyətə təşəkkür bildirib.