Əziz Orucovdan xəbər var: "Tapşırıblar ki, onu incidin"

Əziz Orucovdan xəbər var:

24-07-2017 19:28 / Bu xəbər 1121 dəfə oxundu

"Bakı İstintaq Təcridxanasında Kanal13-ün rəhbəri Əziz Orucova qarşı qeyri-insanı rəftar var. Qeyri insanı rəftar bir işgəncə formasıdır. Əzizin havaya çıxması qadağan edilib, evə telefon zəngi yarımçıq kəsilib, otağının nəfəsliyini açmaq tələb ediləndə belə qeyri-insanı münasibət göstərilib".

Bu məlumatı hazırda həbsdə olan Əziz Orucov həyat yoldaşı Lamiyə Orucova yayıb. 

Onun sözlərinə görə, Əziz Orucova qarşı fərqli münasibət xüsusi tapşırıq əsasındadır: "Çöldə 40 dərəcə istilik olmasına, türmədə hamının pəncərəsi açıq olmasına baxmayaraq, Əziz bəyin pəncərəsini açmağa icazə vermirlər. Hamının otağında ventilyatoru var, amma onun yoxdur. Yəni izn vermirlər. Səbəbini soruşanda isə deyillər ki, bizə belə tapşırıblar. Tapşırıblar ki, onu nə qərər bacarırsınız, incidin". 

Lamiyə Orucova deyib ki, dəfələrlə Ombudsman Elmira Süleymanovaya müraciət etsələr də, Əziz Orucovun vəziyyəti ilə heç kəs maraqlanmayıb.

Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb. 

Ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb. 

Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə. Orucov ittihamları qəbul etmir.

Arqument.Az