"Facebook"da 50 milyon istifadəçinin təhlükəsizliyi pozulub

30-09-2018 23:33 / Bu xəbər 969 dəfə oxundu

"Facebook" bildirir ki, bu yaxınlarda aşkar etdiyi təhlükəsizlik pozuntusu 50 milyon istifadəçini təsirləndirib.

Sentyabrın 28-də dərc etdiyi bloq postda şirkət bildirir ki, hakerlər "Facebook"un "View As” funksiyasına müdaxilə ediblər. 

Bu funksiya istifadəçilərə öz profillərinin başqaları tərəfindən necə göründüyünə baxmaq imkanı verir.

"Facebook" bildirir ki, təhlükəsizlik problemini çözməyə çalışır və bu barədə hüquq-mühafizə orqanlarını məlumatlandırıb.

"Facebook" bu proses zamanı 90 milyon istifadəçini platformadan çıxarıb və onlar "Facebook"a yenidən daxil olmalı olublar.

Şirkət bildirir ki, kiberhücumun arxasında kimlərin olduğunu bilmir.
 
azadliq.info