Faiq Əmirli ev dustaqlığına buraxılmadı

Faiq Əmirli ev dustaqlığına buraxılmadı

21-10-2016 16:24 / Bu xəbər 715 dəfə oxundu

Bu gün Bakı Appellyasiya Məhkəməsində "Azadlıq” qəzetinin yayım üzrə direktoru Faiq Əmirlinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə dair vəsatətə baxılıb.

Qısa müddət ərzində başa çatan məhkəmə prosesində vəsatət təmin edilməyib. Bu haqda prosesdə iştirak edən jurnalist Samirə Əhmədbəyli məlumat verib.

F.Əmirlini bu il avqustun 20-də yaşadığı binanın qarşısında mülkigeyimli şəxslər saxlayıb. Onu Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə aparıblar. 

F.Əmirlinin avtomobilinin yük yerindən Fethullah Gülen-in bir neçə kitabının çıxdığı deyilir. 

Ancaq F.Əmirlinin yaxınları və bəzi şahidlər deyirlər ki, həmin kitabları ora onun maşınına baxışdan öncə naməlum adamlar qoyublar. 

F.Əmirli də deyir ki, saxlanandan sonra onun maşınının açarı bir saatlıq əlindən alınıb.

Bastainfo.com