Fədayə Laçın azadlığa buraxılıb: "Evimdəyəm"
29-10-2019 10:56 / Bu xəbər 1195 dəfə oxundu
Xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın 1 saylı Bakı İstintaq Təcridxanasından azadlığa buraxılıb.
Bu barədə APA-ya müğənni özü bildirib.
O, bu gün səhər saat 8.30-da azadlığa buraxıldığını, hazırda Buzovnada evində olduğunu deyib.
Müğənni 2017-ci ildə "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin xüsusi təyinatlı qatardan qaçmaqda köməklik göstərməkdə ittiham olunub.
O, 2017-ci ilin oktyabrın 30-da həbs edilib.
Fədayə Laçın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.
Bakı Apelyasiya Məhkəməsi isə onun cəzasını 2 ilə endirib.