Fəxrəddin Abbas polisə çağırıldı

Fəxrəddin Abbas polisə çağırıldı

21-09-2017 00:40 / Bu xəbər 1197 dəfə oxundu

Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatın sabiq sədri Fəxrəddin Abbas polisə çağırılıb.

Bu haqda o, özünün feysbuk səhifəsində məlumat yayıb.

"Milli Şuranın 23 sentyabr mitinqi ilə əlaqədar Sumqayıt polisi profilaktiki hərəkətə keçib. Bu gün cəbhəçilər polisə aparılıblar. Axşam 20:30-da evə gələrkən içərisində mülki geyimli iki nəfər olan jiquli markalı maşın yanımda saxladı. Cavan bir oğlan maşından düşüb mənə yaxınlaşdı və polisdən olduğunu bildirdi. Görünür hardasa küncdə-bucaqda gözətləyirmişlər. Sumqayıt BPİ-nin rəis müavini Hikmət Quliyevin məni polis şöbəsinə dəvət etdiyini bildirdi. Sabah işdə olduğumu bildirdikdə şöbədən Eldəniz adlı əməliyyatçı ilə telefon əlaqəsi saxladı və telefonu mənə ötürdü. O.da eyni sözləri dedi. Sabah 18:00-da gələ biləcəyimi söylədim və razılaşdıq. Beləliklə sabah şöbəyə dəvətliyəm”, – Fəxrəddin Abbas bildirib.

Bu gün Müsavatın Kürdəmir rayon təşkilatının sabiq sədri Baha Mikayılov da polisə çağırılıb.

Bastainfo.com