Fəxrəddin Abbasov Moskvada həbs edilib

Fəxrəddin Abbasov Moskvada həbs edilib

10-09-2018 19:03 / Bu xəbər 2903 dəfə oxundu

Azərbaycan hüquq-mühafizə orqanlarının barəsində axtarış elan etdikləri və separatçılıqda ittiham olunan Fəxrəddin Abbasov (Aboszadə) Rusiyada həbs edilib.

"Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, Moskva vilayətinin Lüberets Şəhər Məhkəməsi Fəxrəddin Abbasovun Azərbaycan Respublikasına təhvil verilməsi üçün barəsində bir aylıq həbs qətimkan tədbiri seçib.

Fəxrəddin Abbasov Rusiyada yaşadığı müddətdə Azərbaycana qarşı çıxışlar edib.
 
O, dəfələrlə Ermənistanda səfərdə olub, daim işğalçı Ermənistanı müdafiə etməklə yanaşı, Azərbaycanın ərazi bütövlüyünə qarşı da çıxışlar edib.

Fəxrəddin Abbasov 1956-cı il dekabrın 25-də Azərbaycanın Lerik rayonunun Bılabənd kəndində anadan olub.
 
1993-cü ildə Azərbaycanda separatçılıq fəaliyyəti ilə məşğul olub. 1994-cü ildə Azərbaycandan qaçıb və Rusiyada yaşayıb.
 
2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın uyğun qurmlarına müraciət etsə də, vətəndaşlıq ala bilməyib.