FHN-də maaşlar verilmir?

FHN-də maaşlar verilmir?

03-05-2017 00:34 / Bu xəbər 2732 dəfə oxundu

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 2 aydır, maaş ala bilmirlər. 

Arqument.Az xəbər verir ki, bu barədə aztoday.az məlumat yayıb. 

Məlumatda deyilir ki, artıq FHN-in ayrı-ayrı qurumlarında işləyən əməkdaşlar sosial şəbəkələrdə maaş ala bilməməsi ilə bağlı açıq etirazlarını bildirməyə başlayıblar. 

"Onların yazdığına görə, maaşlarının gecikməsinin səbəbi maliyyə naziri Samir Şərifovdur. Məlumatda bildirilir ki, Samir Şərofov FHN-ə pul ayrılmasını qəsdən yubadır", - sayt yazır.

FHN-in 21 qurumunun işçilərinin 52 gündür maaşsız qalması ilə bağlı AzToday.az-a daxil olan məlumatda bildirilir ki, FHN-in 2 fakultədən təşkil olunan Akademiyasında acınacaqlı vəziyyət hökm sürür.

FHN-in mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov yayılan məlumatları təkzib edib. 

O bildirib ki, maaşların gecikməsi ilə bağlı deyilənlər doğru deyil. 

Arqument.Az