FHN yanğınlarla bağlı açıqlama yayıb

FHN yanğınlarla bağlı açıqlama yayıb

26-08-2019 15:24 / Bu xəbər 858 dəfə oxundu

Fövqəladə Hallar Nazirliyi (FHN) avqustun 26-da son vaxtlar bölgələrdə mürəkkəb relyefli dağlıq ərazilərdə baş vermiş yanğınlarla bağlı məlumat yayıb:

"Həyata keçirilmiş operativ tədbirlər nəticəsində Lənkəran, Quba, Yardımlı və digər rayonların dağlıq zonalarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınlar tam söndürülüb. 

Oğuz, Qəbələ, Ağsu, İsmayıllı rayonlarında baş vermiş yanğınların daha geniş ərazilərə yayılmasının qarşısı alınıb və hazırda tam söndürülməsi istiqamətində tədbirlər fasiləsiz olaraq davam etdirilir".

Məlumatda vurğulanıb ki, yanğın söndürmə əməliyyatlarında, ümumilikdə, FHN-in 900-dən artıq canlı qüvvəsi, 70-ə yaxın texnikası, 3 helikopteri və 1 BE-200 ÇS tipli amfibiya təyyarəsi iştirak edib.

Son günlər ölkənin bir sıra bölgələrində meşə yanğınları müşahidə edilir. Bu yanğınların 10 hektarlarla sahələri əhatə etdiyi bildirilir. Rəsmilər yanğınlara səbəb kimi insan amilini göstərirlər.