Fikrət Cəfərlinin namizədliyi qeydə alınıb

Fikrət Cəfərlinin namizədliyi qeydə alınıb

12-01-2020 18:25 / Bu xəbər 1015 dəfə oxundu

Fikrət Cəfərlinin namizədliyi qeydə alınıb.

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) üzvü, keçmiş siyasi məhbus, hüquqşünas Fikrət Cəfərlinin namizədliyi qeyd alınıb.

O, 32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb.

Bu barədə Fikrət Cəfərli feysbukda məlumat yayıb.

Fikrət Cəfərli bildirib ki, imzatoplama kampaniyası dekabr ayında başa çatıb və namizədin qeydiyyata alınması üçün imza vərəqələri DSK-ya təqdim edib.

Onun namizədliyi isə yanvarın 6-da qeydə alınıb.